12 iyul 2026. Bazar günü

"Roma"nın 30 milyonluq təklifi rədd edildi


  • Transfer
  • 22:42 11.07.2026
  • Oxunma sayı: 58
"Roma"nın 30 milyonluq təklifi rədd edildi

"Roma" "Strasburq"un hücumameyilli yarımmüdafiəçisi Moreyranı transfer etmək istəyir.

90deqiqe.Az-ın “derbyderbyderby.it”ə istinadən məlumatına görə, İtaliya klubu futbolçu üçün 30 milyon avroya qədər ödəniş etməyə hazırdır. Lakin Fransa təmsilçisi bu məbləği kifayət hesab etmir və transfer üçün ən azı 40 milyon avro tələb edir.

Beləliklə, tərəflər arasında futbolçunun qiyməti ilə bağlı hələlik razılıq əldə olunmayıb.

Qeyd edək ki, Belçika millisinin şərəfini qoruyan, portuqal əsilli Moreyra 2024-cü ildən "Strasburq"un formasını geyinir. O, bundan əvvəl "Lion" və "Çelsi"də çıxış edib, peşəkar karyerasına isə Portuqaliyanın "Benfika" klubunda başlayıb.







Transfer