12 iyul 2026. Bazar günü

"Qalatasaray" "Real"ın futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:43 11.07.2026
  • Oxunma sayı: 61
"Qalatasaray" "Real"ın futbolçusunu transfer etmək istəyir

Türkiyənin "Qalatasaray" klubu "Real"ın futbolçusu Franko Mastantuononu heyətinə qatmaqda maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul klubu 18 yaşlı argentinalını hücumameyilli yarımmüdafiəçi mövqeyi üçün əsas namizədlərdən biri kimi dəyərləndirir. Klub rəhbərliyi hesab edir ki, futbolçu daha çox oyun təcrübəsi qazanmaq məqsədilə komandasını dəyişməyə maraq göstərə bilər.

Franko Mastantuononun "Real"dakı gələcəyi hələ də dəqiqləşməyib. Argentinalı ötən mövsüm əsas heyətdə möhkəmlənə bilməyib və məhdud oyun vaxtı alıb. O, orta hesabla hər qarşılaşmada 39 dəqiqə meydanda olub.

Qeyd edək ki, daha əvvəl futbolçunun adı İngiltərənin "Fulhem" və İspaniyanın "Vilyarreal" klubları ilə də hallandırılmışdı.







Transfer