12 iyul 2026. Bazar günü

"Beşiktaş"dan ayrılan Ersin Destanoğlunun yeni klubu bəlli oldu


  • Transfer
  • 03:45 12.07.2026
  • Oxunma sayı: 52
"Beşiktaş"dan ayrılan Ersin Destanoğlunun yeni klubu bəlli oldu

"Beşiktaş"la müqaviləsinin müddəti başa çatan Ersin Destanoğlu komandadan ayrılıb.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı qapıçı karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Təcrübəli qapıçı Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubu ilə üç illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Əl-Cəzirə"nin heyətində daha əvvəl "Başakşəhər"in formasını geyinmiş Ravil Tağır, eləcə də vaxtilə "Trabzonspor"da çıxış etmiş Simon Banza da çıxış edir.

Beşiktaşın futbol akademiyasının yetirməsi olan Ersin Destanoğlu əsas komandada keçirdiyi illər ərzində Türkiyə çempionu olub, iki dəfə Türkiyə Kubokunu, iki dəfə isə Türkiyə Superkubokunu qazanıb.







Transfer