- Transfer
- 19:54 12.07.2026
"Tottenhem" "Bavariya"nın hücumçusu Harri Keyni yenidən heyətinə qatmaq imkanını dəyərləndirir.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, bununla belə, Münhen təmsilçisi futbolçu ilə yeni müqavilə imzalanacağına əmindir.
Məlumata görə, "Bavariya" bir neçə aydır Keynin nümayəndələri ilə danışıqlar aparır. Klub daxilində tərəflərin razılığa gələcəyinə şübhə edən demək olar ki, yoxdur. Rəhbərlik hesab edir ki, yeni müqavilənin imzalanması yalnız zaman məsələsidir.
Qeyd edək ki, Harri Keyn 2013-2023-cü illərdə "Tottenhem"in formasını geyinib. O, daha sonra "Bavariya"ya transfer olunub.
32 yaşlı hücumçu ötən mövsüm 51 oyunda 61 qol vurub, eyni zamanda yeddi məhsuldar ötürmə ilə yadda qalıb.