12 iyul 2026. Bazar günü

Ferran Torres PSJ ilə razılığa gəldi


  • Transfer
  • 18:45 12.07.2026
  • Oxunma sayı: 44
Ferran Torres PSJ ilə razılığa gəldi

Fransa çempionu PSJ "Barselona"nın hücumçusu Ferran Torresi heyətinə qatmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu PSJ ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Fransa təmsilçisinin yaxın günlərdə transferlə bağlı "Barselona"ya rəsmi təklif göndərəcəyi gözlənilir.

Bildirilir ki, Torresə İngiltərə klublarından da iki təklif daxil olub. Lakin o, karyerasını PSJ-də davam etdirməyə üstünlük verib.

Ferran Torres 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.







Transfer