12 iyul 2026. Bazar günü

Feliks Nmeça "Nyukasl"a keçidə isti baxmır


  • Transfer
  • 18:51 12.07.2026
  • Oxunma sayı: 53
Feliks Nmeça "Nyukasl"a keçidə isti baxmır

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Feliks Nmeça yay transfer dövründə "Nyukasl"a keçidə müsbət yanaşmır.

90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, 25 yaşlı futbolçu karyerasını yalnız Çempionlar Liqasında mübarizə aparacaq komandada davam etdirmək niyyətindədir. Məhz bu səbəbdən o, "Nyukasl"ın təklifinə tərəddüdlə yanaşır.

Dortmund təmsilçisi isə əsas oyunçularından birini satmaqda maraqlı deyil. Klub Nmeçanın transfer qiymətini təxminən 120 milyon avro müəyyənləşdirib.

Almaniyalı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 47 oyunda meydana çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Feliks Nmeçanın xidmətində "Bavariya", "Çelsi" və "Mançester Yunayted" də maraqlıdır.







Transfer