- Transfer
- 20:22 12.07.2026
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin "Ayaks"a icarə əsasında keçidi hələ də rəsmiləşməyib.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, tərəflər transferin son detallarını tam razılaşdıra bilmədikləri üçün proses uzanır. Bildirilir ki, 34 yaşlı qolkiper 2026/27 mövsümü üçün Amsterdam təmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırıb.
Hazırda əsas müzakirə mövzusu vergi öhdəlikləri və futbolçunun maaşıdır. Razılaşmaya əsasən, əməkhaqqının bir hissəsini "Barselona" ödəyəcək.
"Ayaks" rəhbərliyi transferi daha əvvəl yekunlaşdırmağı planlaşdırsa da, prosesin uzanmasının keçidin baş tutmaması riskini artırdığından narahatdır. Niderland klubu yeni qapıçını mövsümün başlanğıcına və Konfrans Liqasının təsnifat mərhələsinin oyunlarınadək heyətə cəlb etmək istəyir.
Bununla yanaşı, ter Ştegen hələ "Barselona"da tibbi müayinədən keçməyib. Məhz həmin müayinənin nəticəsi onun zədəsini tam sağaldıb-sağaltmadığını müəyyən edəcək.