- Transfer
- 20:22 12.07.2026
Türkiyənin "Samsunspor" klubundan ayrılan almaniyalı baş məşqçi Tomas Rays karyerasını Bolqarıstanda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Tomas Rays Bolqarıstanın "Ludoqorets" klubu ilə razılığa gəlib. Almaniyalı mütəxəssis və onun məşqçilər korpusu qarşıdakı mövsümdən etibarən komandanı çalışdıracaq.
Qeyd edək ki, "qara dəniz" təmsilçisini uzun illərdən sonra yenidən Avropa kuboklarına daşıyan 52 yaşlı mütəxəssis daha yüksək səviyyəli komandaya rəhbərlik etmək istədiyi üçün mövsümün sonunda "Samsunspor"la yollarını ayırmışdı.
Tomas Rays "Samsunspor"un sükanı arxasında keçirdiyi 72 oyunda 33 qələbə, 18 heç-heçə və 21 məğlubiyyət qeydə alıb.