- Transfer
- 20:22 12.07.2026
"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş yay transfer dövründə komandasını tərk edə bilər.
90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, "Everton" futbolçunun birdəfəlik transferi üçün 5-10 milyon funt sterlinq ödəməyə hazırdır. Lakin Liverpul təmsilçisi "Mançester Siti"nin tələb etdiyi 50 milyon funt sterlinqi ödəməyi planlaşdırmır.
Bildirilir ki, "Everton" rəhbərliyi Qrilişin ötən mövsüm icarə əsasında komandadakı çıxışından razı qalıb və onun transferini tamamlamaq niyyətindədir.
Cek Qriliş 2021-ci ildə "Aston Villa"dan "Mançester Siti"yə 117 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
2025/26 mövsümündə icarə əsasında "Everton"da çıxış edən yarımmüdafiəçi bütün turnirlərdə 22 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyəri hazırda 20 milyon avro qiymətləndirilir.