- Transfer
- 20:22 12.07.2026
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Barselona"nın vingeri Rafinyanın mümkün transferi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
90deqiqe.Az-ın “365Scores”ə istinadən məlumatına görə, klub braziliyalı futbolçu ilə bağlı nə danışıqlar aparır, nə də onu yay transfer dövründə əsas hədəflərindən biri hesab edir.
"Əl-Hilal"da bu xəbərlərdən narazılıq ifadə olunub. Klub hesab edir ki, adının bu məsələdə hallandırılması "Barselona" ilə futbolçunun müqavilə şərtlərinin yaxşılaşdırılması prosesində təzyiq vasitəsi kimi istifadə oluna bilər.
Rafinya isə dəfələrlə yaxın gələcəkdə "Barselona"dan ayrılmaq niyyətində olmadığını bildirib. Braziliyalı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.