12 iyul 2026. Bazar günü

"İnter" Körtis Cons üçün təklifini artırır


  • Transfer
  • 19:29 12.07.2026
  • Oxunma sayı: 30
"İnter" Körtis Cons üçün təklifini artırır

"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons yay transfer dövründə komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, İngiltərə millisinin üzvünə "İnter" klubu maraq göstərməyə davam edir. Milan təmsilçisi futbolçunun transferi ilə bağlı ilk iki təklifinin rədd edilməsindən sonra üçüncü dəfə "Liverpul"a müraciət etməyə hazırlaşır.

Bildirilir ki, "İnter" yeni təklifini 25 milyon funt sterlinqə qədər artıracaq. Lakin "Liverpul" öz yetirməsi olan futbolçunun satışından ən azı 30 milyon funt sterlinq gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Körtis Cons "Liverpul"un yetirməsidir və klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Yarımmüdafiəçi 2025/26 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.







Transfer