- Transfer
- 20:22 12.07.2026
"Milan"ın müdafiəçisi Fikayo Tomori yay transfer dövründə klubu tərk edə bilər.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, "Yuventus" 28 yaşlı ingiltərəli futbolçunun transferi variantına yenidən qayıda bilər. Turin təmsilçisinin Federiko Qattini satacağı təqdirdə Tomorini heyətinə qatmaq üçün hərəkətə keçəcəyi bildirilir.
Qeyd edək ki, Fikayo Tomori 2021-ci ildə "Çelsi"dən "Milan"a 28 milyon avro qarşılığında transfer olunub. Onun Milan klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
İngiltərəli müdafiəçi ötən mövsüm "rossoneri"nin heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Tomorinin hazırkı transfer dəyəri 17 milyon avro qiymətləndirilir.