12 iyul 2026. Bazar günü

"Napoli" Brahim Dias üçün hərəkətə keçdi - "Real" ayrılığa hazırdır


  • Transfer
  • 19:39 12.07.2026
  • Oxunma sayı: 40
"Napoli" Brahim Dias üçün hərəkətə keçdi  - "Real" ayrılığa hazırdır

"Real Madrid"in yarımmüdafiəçisi Brahim Dias yay transfer dövründə komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “ElNacional.cat”a istinadən məlumatına görə, mərakeşli futbolçu ilə "Napoli" maraqlanır. İtaliya klubu Brahim Diası heyətinə qatmaq üçün təxminən 60 milyon avro ödəməli olacaq.

Bildirilir ki, Madrid təmsilçisi də bu yay futbolçu ilə yolları ayırmağa hazırdır.

Qeyd edək ki, Brahim Dias 2019-cu ildə "Mançester Siti"dən "Real Madrid"ə 17 milyon avro qarşılığında transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Yarımmüdafiəçi 2025/26 mövsümündə "Real Madrid"in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer