12 iyul 2026. Bazar günü

"Barselona" iki müdafiəçinin transfer imkanını araşdırır


  • Transfer
  • 19:50 12.07.2026
  • Oxunma sayı: 53
"Barselona" iki müdafiəçinin transfer imkanını araşdırır

"Barselona"nın idman direktoru Deku iki mərkəz müdafiəçinin nümayəndələri ilə görüş keçirib.

90deqiqe.Az-ın “sport.es”a istinadən məlumatına görə, söhbət "Tottenhem"in futbolçusu Kristian Romero və "Leypsiq"in müdafiəçisi Kastello Lyukebadan gedir.

Qeyd olunur ki, görüşlər ilkin xarakter daşıyır və hələlik rəsmi danışıqların başlanması anlamına gəlmir. Bu addım klubun hazırkı müdafiəçilərindən hər hansı birinin komandadan ayrılması ehtimalına qarşı alternativ variantlar hazırlamaq strategiyasının bir hissəsi hesab olunur.

Kristian Romero daha əvvəl açıq şəkildə "Tottenhem"dən ayrılmaq istədiyini bildirib. Baş məşqçi Hans-Diter Flik və Dekunun fikrincə, argentinalı müdafiəçi Kataloniya klubuna uyğun seçim ola bilər. Lakin onun 60 milyon avroluq transfer qiyməti keçidi çətinləşdirir.

Lyukeba isə daha perspektivli alternativ kimi nəzərdən keçirilir. Bununla belə, fransalı müdafiəçinin transferinin də ucuz başa gəlməyəcəyi vurğulanır.







Transfer