- Transfer
- 20:22 12.07.2026
"Bavariya" yay transfer dövründə Brayan Saraqosanı heyətindən göndərməyi planlaşdırır.
90deqiqe.Az-ın “Orgullobiri”yə istinadən məlumatına görə, ispaniyalı vinger Münhen klubunun növbəti mövsüm üçün planlarına daxil deyil.
Məlumata görə, 24 yaşlı futbolçu ilə "Sevilya", "Alaves" və "Espanyol" maraqlanır. Hələlik bu klublardan heç biri rəsmi təklif göndərməyib, lakin futbolçunun vəziyyəti diqqətlə izlənilir.
Ötən mövsüm Saraqosa üçün uğursuz alınıb. O, mövsümün ilk yarısını icarə əsasında "Selta"da keçirib, qış fasiləsində isə "Roma"ya keçib. Dizindəki problemlər səbəbindən ispan futbolçu Roma təmsilçisində əsas heyətdə möhkəmlənə bilməyib və mövsümün ikinci hissəsində cəmi 4 oyunda meydana çıxıb.
Qeyd olunur ki, Saraqosanı heyətinə qatmaq istəyən klublar onun zədələrdən tam sağaldığına əmin olmaq istəyirlər.