12 iyul 2026. Bazar günü

"Tottenhem" 20 yaşlı hücumçu üçün 100 milyon avro təklif etməyə hazırlaşır


  • Transfer
  • 20:08 12.07.2026
  • Oxunma sayı: 48
"Tottenhem" 20 yaşlı hücumçu üçün 100 milyon avro təklif etməyə hazırlaşır

"Bornmut"un hücumçusu Eli Junior Krupi karyerasını "Tottenhem"də davam etdirə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, PSJ-nin diqqətini "Barselona"nın hücumçusu Ferran Torresə yönəltməsindən sonra "Tottenhem"in Krupini transfer etmək şansı xeyli artıb. Fransalı futbolçunun özü də London klubuna keçməyə hazırdır.

Bildirilir ki, "Tottenhem" yaxın zamanda "Bornmut"a 20 yaşlı hücumçu üçün təxminən 100 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Krupi ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 35 oyunda meydana çıxıb, 13 qol vurub.

Qeyd edək ki, daha əvvəl futbolçunun mövsümün sonunda "Tottenhem"ə baş məşqçi təyin olunan Roberto De Dzerbinin rəhbərliyi altında çıxış etmək istədiyi barədə məlumat yayılmışdı.







Transfer