12 iyul 2026. Bazar günü

"Çelsi" Adam Uortonu transfer etmək üçün danışıqları davam etdirir


  • Transfer
  • 20:16 12.07.2026
  • Oxunma sayı: 49
"Çelsi" Adam Uortonu transfer etmək üçün danışıqları davam etdirir

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton yay transfer dövründə "Çelsi"nin futbolçusu ola bilər.

90deqiqe.Az-ın “CaughtOffside”yə istinadən məlumatına görə, London təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı "Kristal Pelas"la danışıqları davam etdirir. Bildirilir ki, "Liverpul" və "Mançester Yunayted" futbolçuya olan marağını azaldıb, "Tottenhem" isə artıq bu mübarizədən kənarda qalıb.

Transferin əsas çətinliyi "Kristal Pelas"ın yüksək maliyyə tələbləri ilə bağlıdır. Klub yarımmüdafiəçinin satışından "Nottingem Forest"dən "Mançester Siti"yə keçən Elliot Andersonun transfer məbləğinə uyğun gəlir əldə etməyi hədəfləyir.

"Kristal Pelas" Adam Uorton üçün təxminən 135,7 milyon avro tələb edir.

Qeyd edək ki, Uorton 2025/26 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 53 oyunda meydana çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer