12 iyul 2026. Bazar günü

"Arsenal" Xulian Alvaresi transfer etmək istəyir


  • Transfer
  • 20:19 12.07.2026
  • Oxunma sayı: 66
"Arsenal" Xulian Alvaresi transfer etmək istəyir

"Arsenal" "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresin transferi üzərində işləyir.

90deqiqe.Az-ın “The Independent”ə istinadən məlumatına görə, London klubu argentinalı futbolçunun keçidini mövsümöncəsi hazırlıq mərhələsi başlamadan əvvəl sürətlə başa çatdırmaq niyyətindədir.

Bildirilir ki, Alvaresin transferi uğrunda mübarizə "Atletiko Madrid"in mövqeyinə görə zəifləyib. Madrid təmsilçisi 26 yaşlı hücumçunu nə "Barselona", nə də "Real Madrid"ə satmaq niyyətində deyil.

PSJ isə argentinalı futbolçu ilə bağlı vəziyyəti araşdırsa da, onun transferi üçün konkret addımlar atmaq planına malik olmayıb.

Qeyd edək ki, Xulian Alvaresin transfer dəyəri 100 milyon avro qiymətləndirilir.







Transfer