12 iyul 2026. Bazar günü

Meyson Qrinvud Türkiyəyə gəlir - Şərtlər açıqlandı


  • Transfer
  • 20:22 12.07.2026
  • Oxunma sayı: 54
Meyson Qrinvud Türkiyəyə gəlir   - Şərtlər açıqlandı

"Marsel"in vingeri Meyson Qrinvud yaxın zamanda Türkiyənin "Fənərbağça" klubunun futbolçusu olacaq.

90deqiqe.Az xəbər verir ki, ingiltərəli futbolçunun transferi yekun mərhələyə çatıb. "Fənərbağça"nın bu keçid üçün 45 milyon avro ödəyəcəyi gözlənilir.

Qeyd olunur ki, Qrinvud Türkiyə klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq. Onun illik maaşı 8 milyon avro olacaq. Bundan əlavə, futbolçu müxtəlif bonuslar hesabına daha 2 milyon avro qazana biləcək.

Meyson Qrinvud ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 45 oyunda meydana çıxıb, 26 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer