- Transfer
- 00:12 13.07.2026
İtaliyanın "Latsio" klubu kolumbiyalı yarımmüdafiəçi Xames Rodríqesi heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, hazırda heç bir kluba məxsus olmayan 35 yaşlı futbolçu Romanın təmsilçisinin əsas namizədlərindən biri hesab olunur.
Məlumata görə, "Latsio" hücum xəttini gücləndirmək istəyir və "Minnesota Yunayted"dən ayrıldıqdan sonra azad oyunçu statusu qazanan Xames Rodriqesin transferini nəzərdən keçirir. Bildirilir ki, klub rəhbərliyi futbolçunun dünya çempionatındakı çıxışından razı qalıb.
Kolumbiya millisinin heyətində mundialda bütün beş oyunda meydana çıxan Rodriqes məhsuldar göstərici ilə yadda qalmayıb.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bu ilin fevralından iyun ayınadək "Minnesota Yunayted"in formasını geyinib. O, bu müddətdə səkkiz oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.