13 iyul 2026. Bazar ertəsi

PSJ Yaponiya millisinin qapıçısını transfer etməyə yaxındır


  • Transfer
  • 23:28 12.07.2026
  • Oxunma sayı: 55
PSJ Yaponiya millisinin qapıçısını transfer etməyə yaxındır

Fransanın PSJ klubu gözlənilmədən "Parma"nın qapıçısı Zion Suzuki ilə maraqlanmağa başlayıb.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Paris təmsilçisi yaponiyalı qapıçının transferi ilə bağlı artıq danışıqlara start verib.

Məlumata görə, tərəflər arasında müzakirələr sürətlə irəliləyir və Sudzukinin yaxın vaxtlarda "Parma"dan ayrılması gözlənilir.

İtaliya klubu da mümkün ayrılığa hazırlaşaraq "Yuventus"dan qapıçı Covanni Daffaranı heyətinə cəlb edib.

Qeyd edək ki, Sudzuki ötən mövsüm "Parma"nın heyətində 22 oyunda meydana çıxıb. O, bu görüşlərin altısında qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 30 top buraxıb.

Yaponiya millisinin heyətində 2026-cı il dünya çempionatında da iştirak edən qapıçı komandası ilə birlikdə onaltıdabir final mərhələsinə yüksəlsə də, bu mərhələdə Braziliyaya məğlub olaraq mübarizəni dayandırıb.

Futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.







Transfer