- Transfer
- 00:12 13.07.2026
"Aston Villa"nın hücumameyilli yarımmüdafiəçisi Moryan Rocers karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, "Çelsi"də Rocersin oyunundan məmnun olsalar da, yüksək transfer məbləği səbəbindən London klubu bu keçidə razılıq verməyə bilər. Eyni zamanda, "Arsenal" 23 yaşlı futbolçunu heyətinə qatmaqda ciddi maraqlıdır.
Elliot Andersonun "Nottingem Forest"dən "Mançester Siti"yə 135 milyon avroya transferindən sonra "Aston Villa" Rocersin qiymətini 150 milyon avro müəyyənləşdirib.
Qeyd edək ki, Moryan Rocers ötən mövsüm bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə edib.