13 iyul 2026. Bazar ertəsi

"Beşiktaş" Trossar üçün 20 milyon avro ödəyəcək


  • Transfer
  • 23:38 12.07.2026
  • Oxunma sayı: 59
"Beşiktaş" Trossar üçün 20 milyon avro ödəyəcək

"Arsenal"ın cinah hücumçusu Leandro Trossar karyerasını Türkiyənin "Beşiktaş" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 31 yaşlı futbolçunun transferini yaxın günlərdə tamamlayacağına əmindir. Belçikalı oyunçunun keçidi üçün "Beşiktaş"ın 20 milyon avro ödəyəcəyi gözlənilir.

Bildirilir ki, "Beşiktaş" Trossara 2029-cu ilə qədər müqavilə və müddəti uzatmaq şərti ilə yeni təklif təqdim edib. Lakin futbolçu hələ yekun qərarını verməyib və keçid onun seçimindən asılıdır.

Qeyd edək ki, Leandro Trossar ötən mövsüm bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer