- Transfer
- 00:12 13.07.2026
"Tottenhem"in qapıçısı Qulyelmo Vikario yay transfer dövründə komandanı tərk etməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Roberto De Zerbi 29 yaşlı qolkiperi üçüncü qapıçı kimi nəzərdə tutduqdan sonra Vikario klubdan ayrılmaq qərarı verib.
Bildirilir ki, italiyalı qolkiper karyerasını vətənində davam etdirmək istəyir. Onun əsas seçimi "Yuventus" olsa da, "Napoli" variantı da gündəmdədir.
"Yuventus"un Vikarionu satınalma şərti ilə icarəyə götürməyi planlaşdırdığı bildirilir. Qeyd olunur ki, "Tottenhem" də bu transfer modelinə müsbət yanaşır.
Qulyelmo Vikario ötən mövsüm bütün turnirlərdə 43 oyunda meydana çıxıb. O, bu görüşlərdə 65 top buraxıb, 13 matçda isə qapısını toxunulmaz saxlaya bilib.