- Transfer
- 00:12 13.07.2026
"Milan"ın və Fransa millisinin yarımmüdafiəçisi Adriyen Rabyo yay transfer dövründə komandasını dəyişə bilər.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, 31 yaşlı futbolçu ilə "Napoli" yaxından maraqlanır. Bildirilir ki, Neapol təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri birgə çalışdığı dövrdən yaxşı tanıdığı Rabiounu komandasında görmək istəyir.
Qeyd olunur ki, fransalı yarımmüdafiəçi əvvəlcə "Milan"dan ayrılmağı planlaşdırmasa da, "Napoli"nin növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək olması onun qərarına təsir göstərə bilər. "Milan" isə yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq.
Adriyen Rabionun "Milan"la qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Təcrübəli yarımmüdafiəçinin transfer dəyəri hazırda 18 milyon avro qiymətləndirilir.