13 iyul 2026. Bazar ertəsi

"Aston Villa" Yohan Manzambinin transferini başa çatdırmaq üzrədir


  • Transfer
  • 00:12 13.07.2026
  • Oxunma sayı: 46
"Aston Villa" Yohan Manzambinin transferini başa çatdırmaq üzrədir

"Frayburq"un yarımmüdafiəçisi Yohan Manzambi karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, "Aston Villa" 20 yaşlı İsveçrə millisinin üzvünün transferi ilə bağlı danışıqların yekun mərhələsinə çatıb.

Bildirilir ki, daha əvvəl "Nyukasl" "Frayburq"la transfer şərtlərini razılaşdırsa da, Manzambi gələcəyi ilə bağlı yekun qərar verməmişdi. Bundan istifadə edən "Aston Villa" danışıqları sürətləndirərək futbolçunu Birmingem klubunu seçməyə razı salıb.

Yohan Manzambi ötən mövsüm "Frayburq"un heyətində bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

20 yaşlı yarımmüdafiəçi hazırda davam edən dünya çempionatında da uğurlu çıxışı ilə diqqət çəkib. O, 3 qola imza ataraq İsveçrə millisinin 1/4 finala yüksəlməsində mühüm rol oynayıb.

Qeyd edək ki, Yohan Manzambinin transfer dəyəri hazırda 50 milyon avro qiymətləndirilir.







Transfer