14 iyul 2026. Çərşənbə axşamı

"Barselona" Ekvador millisinin gənc müdafiəçisini heyətinə qatdı


  • Transfer
  • 22:31 13.07.2026
  • Oxunma sayı: 45
"Barselona" Ekvador millisinin gənc müdafiəçisini heyətinə qatdı

İspaniyanın "Barselona" klubu Ekvadorun LDU Kito komandasında çıxış edən Xosue Kaysedonu heyətinə cəlb edib.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı futbolçu 2026/2027-ci il mövsümünün sonunadək icarə əsasında Kataloniya təmsilçisinin ikinci komandasında çıxış edəcək.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, icarə müddəti başa çatdıqdan sonra "Barselona" futbolçunun transfer hüquqlarını əldə edə biləcək.

Sol cinah müdafiəçisi kimi çıxış edən Kaysedo Ekvador futbolunun ən perspektivli gənc oyunçularından biri hesab olunur. O, sürətli oyunu və bir neçə mövqedə çıxış etmək bacarığı ilə seçilir.

Qeyd edək ki, futbolçu ötən mövsüm LDU Kitonun əsas komandasında səkkiz rəsmi oyuna çıxıb. Onlardan yeddisi Ekvador çempionatına, biri isə Libertadores Kubokuna təsadüf edib.

18 yaşlı müdafiəçinin bazar dəyəri 300 min avro qiymətləndirilir.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı