- Transfer
- 23:53 13.07.2026
"Mançester Yunayted" növbəti transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisi braziliyalı yarımmüdafiəçi Andrey Santos ilə müqavilə imzalayıb.
22 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, tərəflər müqaviləni daha bir il uzada biləcəklər.
Məlumata görə, "Mançester Yunayted" bu keçid üçün "Çelsi"yə təxminən 58,5 milyon avro ödəyib.
Qeyd edək ki, Andrey Santos 2023-cü ildən İngiltərə çempionatında çıxış edir. O, həmin il Braziliyanın "Vasko da Qama" klubundan "Çelsi"yə keçmişdi.
Braziliyalı yarımmüdafiəçi London təmsilçisinin heyətində 47 rəsmi oyuna çıxıb, üç qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.