- Transfer
- 23:53 13.07.2026
Fransalı cinah hücumçusu Allan Sen-Maksimen ABŞ təmsilçisi "Şarlott"la müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Sərbəst futbolçu statusunda komandaya qoşulan 29 yaşlı futbolçu "Şarlott"la üç illik müqaviləyə imza atıb.
Fransanın "Sent-Etyen" klubunun yetirməsi olan futbolçu karyerası ərzində "Monako", "Nitsa", "Nyukasl", "Fənərbağça", "Hannover" və digər komandalarda çıxış edib.
Sen-Maksimen 2026-cı ilin fevralından etibarən "Lans"ın formasını geyinib. O, bu komandanın heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.