14 iyul 2026. Çərşənbə axşamı

Hazard doğma klubuna qayıtdı


  • Transfer
  • 23:20 13.07.2026
  • Oxunma sayı: 56
Hazard doğma klubuna qayıtdı

Belçikalı yarımmüdafiəçi Torqan Hazard sərbəst futbolçu kimi "Lans"a qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçu "qan-qızıl" ləqəbli komanda ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Torqan Hazardın əvvəlki klubu Belçikanın "Anderlext" komandası olub. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, futbolçunun hazırkı bazar dəyəri 2 milyon avro təşkil edir.

Qeyd edək ki, Torqan Hazard "Lans"ın yetirməsidir. O, 2007-2012-ci illərdə klubun sistemində yer alıb. Belçikalı futbolçunun karyerasında Dortmund "Borussiya"sı, Münhenqladbax "Borussiya"sı, PSV və digər komandalar da olub.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı