11 avqust 2026. Çərşənbə axşamı

"Bavariya" Kundeni heyətinə qatmaq istəyir


  • Transfer
  • 23:31 13.07.2026
  • Oxunma sayı: 207
"Bavariya" Kundeni heyətinə qatmaq istəyir

Fransalı müdafiəçi Jül Kunde bu yay "Barselona"nı tərk edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu futbolçunun satılması variantını nəzərdən keçirməyə hazırdır. Bildirilir ki, Almaniyanın "Bavariya" klubu müdafiəçinin transferində maraqlıdır və onun keçidi ilə bağlı imkanları araşdırır.

Jül Kunde 2022-ci ildə 50 milyon avro qarşılığında "Sevilya"dan "Barselona"ya keçib. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.

Müdafiəçi 2025/2026 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçunun hazırkı bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.







Transfer