- Transfer
- 23:53 13.07.2026
"Çelsi"nin mərkəz müdafiəçisi Trevo Çaloba böyük ehtimalla "İnter" klubuna keçməyəcək.
90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən məlumatına görə,27 yaşlı futbolçunun son həftələr ərzində "neradzurri"nin heyətinə qoşulacağı ilə bağlı xəbərlər yayılırdı. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.
"İnter" London klubunun müdafiəçi üçün tələb etdiyi 35 milyon avro məbləğini yüksək hesab edib və İngiltərə millisinin üzvünün transferi ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib.
Bununla belə, Çalobanın transferi uğrunda mübarizədən digər İtaliya klubu "Komo"nun da çəkilmədiyi bildirilir.
Qeyd edək ki, futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir. Onun "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.