14 iyul 2026. Çərşənbə axşamı

PSJ Luka Dini geri qaytarmaq istəyir


  • Transfer
  • 23:47 13.07.2026
  • Oxunma sayı: 63
PSJ Luka Dini geri qaytarmaq istəyir

Fransa millisinin və "Aston Villa" klubunun müdafiəçisi Luka Din PSJ-nin maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı futbolçunun "Aston Villa" ilə müqaviləsində 12 milyon avrodan aşağı məbləğdə sərbəst qalma bəndi yer alır. Paris təmsilçisi bu imkandan yararlanmağı nəzərdən keçirir.

Bildirilir ki, yekun qərar hələ qəbul edilməyib, lakin PSJ rəhbərliyi bu variantı ciddi şəkildə dəyərləndirir.

Luka Din "Aston Villa" ilə 2028-ci ilə qədər qüvvədə olan müqaviləyə malikdir. Futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro olaraq qiymətləndirilir.

Sol cinah müdafiəçisi 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində dörd oyuna çıxıb və bütün qarşılaşmalarda əsas heyətdə yer alıb.

Qeyd edək ki, Luka Din daha əvvəl də PSJ-də çıxış edib. O, 2013-2016-cı illərdə Paris klubunun futbolçusu olub.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı