14 iyul 2026. Çərşənbə axşamı

"Mançester Yunayted" Yuri Tilemansla razılığa gəldi


  • Transfer
  • 23:53 13.07.2026
  • Oxunma sayı: 43
"Mançester Yunayted" Yuri Tilemansla razılığa gəldi

"Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemans karyerasını "Mançester Yunayted"də davam etdirməyə hazırdır.

90deqiqe.Az-ın məlumatına görə, "qırmızı şeytanlar" belçikalı futbolçu ilə müqavilənin şərtləri barədə ilkin razılığa gəlib. 29 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə uzunmüddətli müqavilə imzalamağa razılıq verib.

Bildirilir ki, klublar arasında danışıqlar da müsbət istiqamətdə davam edir və artıq yekun razılaşmaya yaxınlaşır.

Yuri Tilemans 2023-cü ilin yayından "Aston Villa"nın formasını geyinir. O, ötən mövsüm Unai Emerinin rəhbərlik etdiyi komandanın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, iki qol vurub və yeddi məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçunun hazırkı bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı