- Transfer
- 23:58 14.07.2026
"Mançester Yunayted" "Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemansın transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, belçikalı futbolçu ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. Transferin dəyəri 41 milyon avro təşkil edib.
"Mançester Yunayted" kimi xüsusi tarixə malik kluba qoşulduğum üçün böyük qürur hissi keçirirəm. Belə bir komandaya transfer olunmaq sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəm hissdir. Futbolda müəyyən uğurlar qazanmışam, lakin bu, məni daha böyük nailiyyətlər əldə etmək üçün daha da həvəsləndirir. Klubdakı hər kəsin məqsədi və ambisiyası aydındır. Hamımız yaxın illərdə titullar qazanmaq əzmindəyik", – deyə Tilemans bildirib.
Yuri Tilemans 2025/26 mövsümündə "Aston Villa"nın heyətində bütün turnirlərdə 35 oyunda meydana çıxıb, iki qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
Belçika millisinin formasını isə 90 oyunda geyinən yarımmüdafiəçi bu matçlarda 15 qola imza atıb.