15 iyul 2026. Çərşənbə

"Barselona" Ferran Torreslə bağlı qərarını verdi


  • Transfer
  • 22:37 14.07.2026
  • Oxunma sayı: 35
"Barselona" Ferran Torreslə bağlı qərarını verdi

Son günlər "Barselona"nın hücumçusu Ferran Torresin adı fəal şəkildə PSJ ilə hallandırılır.

90deqiqe.Az-ın məlumatına görə, bununla belə, Kataloniya təmsilçisinə digər klublardan futbolçu ilə bağlı heç bir rəsmi təklif və ya müraciət daxil olmayıb.

"Barselona" rəhbərliyinin planına əsasən, sentyabr ayında Ferran Torresə yeni müqavilə təklif olunacaq.

Hazırkı müqaviləyə əsasən, 26 yaşlı hücumçunun "Barselona" ilə anlaşması 2027-ci ilin ortalarınadək qüvvədədir. Onun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.

Ferran Torres "Barselona"nın heyətində keçirdiyi 207 oyunda 65 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer