- Transfer
- 23:58 14.07.2026
"Arsenal"ın hücumçusu Qabriel Xesus bu yay komandadan ayrıla bilər.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi braziliyalı futbolçunu satmağa hazırdır. Hücumçunun transferində İtaliya təmsilçisi "Milan" maraqlıdır. Klub hazırda bu keçid imkanını dəyərləndirir. Bildirilir ki, "Arsenal" Qabriel Jezusun satışından 20 milyon funt sterlinq gəlir əldə etməyi planlaşdırır.
Qabriel Xesus 2022-ci ildə 52 milyon avro qarşılığında "Mançester Siti"dən "Arsenal"a transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə "Arsenal"ın heyətində 27 oyuna çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qabriel Xesusun transfer dəyəri 17 milyon avro qiymətləndirilir.