- Transfer
- 23:58 14.07.2026
"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Uruqvay millisinin üzvünün transferində "Mançester Siti" maraqlıdır. Bildirilir ki, iki həftə əvvəl İngiltərə klubu madridlilərdən futbolçunun transferə açıq olub-olmaması ilə bağlı sorğu göndərib. Hələlik "Mançester Siti" tərəfindən rəsmi təklif təqdim edilməyib.
Məlumata əsasən, "Real Madrid" bu yay Valverdeni satmaq niyyətində deyil. Lakin kluba cəlbedici təklif daxil olacağı və futbolçunun özü ayrılmaq istədiyi təqdirdə, İspaniya təmsilçisi onu 100 milyon avrodan aşağı məbləğə buraxmayacaq.
Federiko Valverde 2025/26 mövsümündə bütün turnirlərdə "Real Madrid"in heyətində 49 oyunda meydana çıxıb, doqquz qol vurub və 13 məhsuldar ötürmə edib.
29 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək qüvvədədir.