15 iyul 2026. Çərşənbə

"Atletiko Madrid" Adam Uorton üçün 90 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 22:53 14.07.2026
  • Oxunma sayı: 39
"Atletiko Madrid" Adam Uorton üçün 90 milyon avro ödəməyə hazırdır

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Fichajes”ə istinadən məlumatına görə, İngiltərə millisinin üzvünün transferində "Atletiko Madrid" maraqlıdır. Madrid təmsilçisi futbolçunun keçidi üçün 90 milyon avroluq təklif hazırlayır.

Adam Uorton 2024-cü ildə 21 milyon avro qarşılığında "Blekbern"dən "Kristal Pelas"a transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Yarımmüdafiəçi 2025/26 mövsümündə klub səviyyəsində bütün turnirlərdə 53 oyunda meydana çıxıb, bir qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Adam Uortonun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.







Transfer