- Transfer
- 23:58 14.07.2026
"Mançester Siti"nin yarımmüdafiəçisi Tidjani Reynders yenidən "Milan"a qayıda bilər.
90deqiqe.Az-ın “Milan Post”a istinadən məlumatına görə, Milan klubunun rəhbərliyi bu yay niderlandlı futbolçunun vəziyyətini diqqətdə saxlamağı tapşırıb. Bildirilir ki, "Mançester Siti" Reyndersi satışa çıxarmaq qərarı verərsə, "Milan" onu yenidən heyətinə qatmaq istəyir.
Tidjani Reynders 2025-ci ilin yayında 54 milyon avro qarşılığında "Milan"dan "Mançester Siti"yə transfer olunub. Onun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə "Mançester Siti"nin heyətində 47 oyunda meydana çıxıb, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
Tidjani Reyndersin transfer dəyəri 50 milyon avro qiymətləndirilir.