- Transfer
- 23:58 14.07.2026
"Bavariya"nın hücumçusu Harri Keyn karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, "Əl-Hilal" İngiltərə millisinin kapitanının nümayəndələri ilə mümkün transferi müzakirə etmək üçün danışıqlara başlayıb. Bildirilir ki, təcrübəli hücumçu hələ gələcəyi ilə bağlı yekun qərar verməyib. O, ilk növbədə Səudiyyə Ərəbistanı klubunun idman layihəsi və maliyyə şərtləri ilə tanış olmaq istəyir.
Harri Keynin "Bavariya" ilə müqaviləsində xüsusi bənd mövcuddur. Həmin şərtə əsasən, futbolçunun müqaviləsinin üçüncü mövsümündə sərbəstqalma məbləği 65 milyon avro təşkil edəcək. Bu səbəbdən "Əl-Hilal" həmin bəndi aktivləşdirmək niyyətindədir.
Bununla belə, Səudiyyə Ərəbistanı təmsilçisi indiyədək "Bavariya" ilə rəsmi əlaqə saxlamayıb. Klub yalnız Harri Keynin nümayəndələri ilə təmas qurub.