15 iyul 2026. Çərşənbə

Leandro Trossard rəsmən "Beşiktaş"da


  • Transfer
  • 23:12 14.07.2026
  • Oxunma sayı: 41
Leandro Trossard rəsmən "Beşiktaş"da

Belçikalı cinah oyunçusu Leandro Trossard karyerasını Türkiyə çempionatında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, "Beşiktaş" klubu 31 yaşlı futbolçu ilə müqavilə imzalayıb. Tərəflər arasında bağlanan müqavilə üç mövsüm müddətinə nəzərdə tutulub. Sazişdə anlaşmanın daha bir il uzadılması ilə bağlı bənd də yer alıb.

Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, "Arsenal" Trossarın transferindən təxminən 18 milyon avro təzminat əldə edəcək.

Belçikalı futbolçu 2023-cü ildən London təmsilçisinin formasını geyinirdi.

Leandro Trossard ötən mövsüm "Arsenal"ın İngiltərə Premyer Liqasının çempionu olmasına mühüm töhfə verib. O, 2025/26 mövsümündə bütün turnirlərdə səkkiz qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer