- Transfer
- 23:58 14.07.2026
"Real Madrid" rəhbərliyi yay transfer pəncərəsində yeni yarımmüdafiəçi transfer etməməyi qərara alıb.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Madrid təmsilçisi hesab edir ki, hazırkı heyət üçün mərkəz xəttinə əlavə futbolçu cəlb etməyə ehtiyac yoxdur. Klub rəhbərliyi əsas prioritetin mövcud heyətin qarşılıqlı anlaşmasını yaxşılaşdırmaq və komandanın gözlənilən səviyyədə kollektiv oyun nümayiş etdirməsini təmin etmək olduğunu düşünür.
2025/26 mövsümünün yekununda "Real Madrid" İspaniya çempionatının turnir cədvəlini 86 xalla ikinci pillədə başa vurub. Madrid təmsilçisi çempion olan "Barselona"dan səkkiz xal geri qalıb.
Komandanın baş məşqçi postuna isə bu yay Joze Mourinyo təyin olunub.