- Transfer
- 23:58 14.07.2026
PSJ-nin cinah hücumçusu Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə,"Liverpul" fransalı futbolçunun vəziyyətini yaxından izləməkdə davam edir. Bununla yanaşı, Mersisayd təmsilçisi Barkolanın transferi baş tutmayacağı təqdirdə alternativ namizədləri də nəzərdən keçirir.
Barkolaya Londonun "Arsenal" klubu da maraq göstərir. Lakin "topçular" üçün əsas transfer hədəfi "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers hesab olunur.
Bredli Barkola 2023-cü ildə 45 milyon avro qarşılığında "Lion"dan PSJ-yə transfer olunub. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.
Fransalı hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə PSJ-nin heyətində 49 oyunda meydana çıxıb, 13 qol vurub və yeddi məhsuldar ötürmə edib.
Bredli Barkolanın transfer dəyəri 70 milyon avro qiymətləndirilir.