15 iyul 2026. Çərşənbə

Andreas Şelderup İngiltərə nəhənglərinin hədəfindədir


  • Transfer
  • 23:55 14.07.2026
  • Oxunma sayı: 52
Andreas Şelderup İngiltərə nəhənglərinin hədəfindədir

"Benfika"nın və Norveç millisinin cinah hücumçusu Andreas Şelderup karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “A BOLA”ya istinadən məlumatına görə,  22 yaşlı futbolçunun transferində "Liverpul", "Çelsi" və "Tottenhem" maraqlıdır. Bildirilir ki, Şelderup 2026-cı il dünya çempionatındakı uğurlu çıxışından sonra karyerasında yeni mərhələyə başlamağa hazırdır.

Qeyd olunur ki, "Benfika" futbolçunun müqaviləsinin başa çatmasına iki il qalmasına baxmayaraq, onun transferi üçün ən azı 40 milyon avro tələb edəcək.

Andreas Şelderup 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb. O, bu görüşlərdə 10 qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer