- Transfer
- 00:45 15.07.2026
"Real Madrid"in müdafiəçisi Viktor Valdepenyası karyerasını "Fiorentina"da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Florensiya təmsilçisi gənc futbolçunun transferi ilə bağlı prinsipial razılıq əldə edib.transferin dəyəri 8 milyon avro təşkil edəcək. Futbolçu ilə 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanacaq.
Razılaşmaya əsasən, "Real Madrid" futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50 faizinə sahib olacaq. Bildirilir ki, tərəflər artıq transferin rəsmiləşdirilməsi üçün zəruri sənədlərin mübadiləsinə başlayıblar.
19 yaşlı müdafiəçi ötən mövsüm "Real Madrid"in əsas komandasında bir oyunda meydana çıxıb.
O, gənclər və yeniyetmələr arasında keçirilən turnirlərdə isə 36 qarşılaşmada iştirak edib, üç qol vurub, bir məhsuldar ötürmə verib və səkkiz sarı vərəqə alıb.