15 iyul 2026. Çərşənbə

Meyson Qrinvud rəsmən "Fənərbağça"da


  • Transfer
  • 00:45 15.07.2026
  • Oxunma sayı: 30
Meyson Qrinvud rəsmən "Fənərbağça"da

"Fənərbağça" ingiltərəli hücumçu Meyson Qrinvudun transferi ilə bağlı danışıqlara başladığını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı məlumatı Türkiyənin İctimaiyyətin Məlumatlandırılması Platformasında yayımlayıb.

Bildirilib ki, futbolçu və onun çıxış etdiyi Fransanın "Marsel" klubu ilə transfer danışıqlarına başlanılıb.

Məlumata görə, "Fənərbağça" bu keçid üçün Fransa təmsilçisinə üç hissə şəklində ümumilikdə 39 milyon avro ödəyəcək. Qrinvudla isə dörd illik müqavilə imzalanacaq.

24 yaşlı futbolçu transferi ilə bağlı ilk açıqlamasında "Fənərbağça" azarkeşlərinə təşəkkür edib.

"Son həftələrdə mənə göstərdiyiniz dəstəyə görə hər birinizə minnətdaram. Burada olduğum üçün çox xoşbəxtəm. Ümid edirəm ki, birlikdə uğurlu mövsüm keçirəcəyik", - deyə o bildirib.

Qrinvud klubun rəsmi kanalına açıqlamasında transferdən böyük məmnunluq duyduğunu da vurğulayıb.

"Çox həyəcanlıyam. Bu, uzun sürən bir proses idi və nəhayət başa çatdığı üçün sevinirəm. Bu keçidin reallaşması üçün çalışan klub rəhbərliyinə və prezidentə təşəkkür edirəm. "Fənərbağça" mənimlə maraqlandığını bildirən kimi qərar vermək çətin olmadı. Verdiyim sözə sadiq qalaraq meydanda nəyə qadir olduğumu göstərmək istəyirəm.

Komandaya qoşulacağım günü səbirsizliklə gözləyirəm. Azarkeşlərlə görüşmək və stadionda onların qarşısında oynamaq mənim üçün böyük motivasiyadır.

Məqsədimiz komanda olaraq bacardığımızın ən yaxşısını göstərməkdir. Türkiyə çempionu olmaq istəyirik. Eyni zamanda, Çempionlar Liqasında iştirak etmək də bizim üçün böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, bütün hədəflərimizə çatacağıq", - deyə ingiltərəli futbolçu bildirib.







Transfer