- Transfer
- 01:06 15.07.2026
Madrid "Atletiko"sunun və Rumıniya millisinin ehtiyat qapıçısı Horațiu Moldovan karyerasını Türkiyədə davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı qolkiperin İstanbul təmsilçisi "Eyüpspor"a keçəcəyi bildirilir. Tərəflər arasında razılaşmanın maliyyə şərtləri və digər detallar hələlik açıqlanmayıb.
Rumıniyalı qapıçı ötən mövsümü icarə əsasında İspaniyanın "Real Ovyedo" klubunda keçirib. Asturiya təmsilçisi mövsümün sonunda aşağı dəstəyə yuvarlanıb, Moldovan isə cəmi iki oyunda meydana çıxıb.
Bundan əvvəl isə o, icarə əsasında İtaliyanın "Sassuolo" klubunun formasını geyinmişdi.
Moldovan iki il yarım əvvəl Buxarestin "Rapid" klubundan Madrid "Atletiko"suna transfer olunsa da, İspaniya təmsilçisinin əsas heyətində möhkəmlənə bilməyib.
Qeyd edək ki, 28 yaşlı qapıçı üçün qarşıdakı transfer karyerasını yenidən yüksəlişə aparmaq baxımından mühüm fürsət hesab olunur.