30 avqust 2026. Bazar günü

"Qalatasaray" Lesli Uqoçukvunu icarəyə götürdü


  • Transfer
  • 23:31 15.07.2026
  • Oxunma sayı: 124
"Qalatasaray" Lesli Uqoçukvunu icarəyə götürdü

"Qalatasaray" fransalı dayaq yarımmüdafiəçisi Lesli Uqoçukvunun transferini rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu İngiltərənin "Börnli" klubundan 3,5 milyon avro qarşılığında bir mövsümlük icarə əsasında İstanbul təmsilçisinə keçib.

Lesli Uqoçukvu futbol karyerasına Fransanın "Renn" akademiyasında başlayıb. O, 2023-cü ildə 27 milyon avro qarşılığında İngiltərənin "Çelsi" klubuna transfer olunub. Yarımmüdafiəçi 2024–2025-ci illər mövsümünü icarə əsasında "Sauthempton"da keçirib. 2025-ci ildə isə "Çelsi"dən ayrılaraq daimi əsaslarla "Börnli"nin heyətinə qoşulub.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Türkiyə çempionu olub və yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq. "Börnli" isə İngiltərə Premyer Liqasını tərk etdiyindən qarşıdakı mövsümü Çempionşipdə keçirəcək.







Transfer

Frank Kessye İtaliyaya qayıtdı
  • Transfer
  • 23:08 29.08.2026
Frank Kessye İtaliyaya qayıtdı