16 iyul 2026. Cümə axşamı

"Mançester Siti" PSJ-nin gənc hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:37 15.07.2026
  • Oxunma sayı: 34
"Mançester Siti" PSJ-nin gənc hücumçusunu transfer etmək istəyir

PSJ-nin hücumçusu İbraim Mbaye yay transfer dövründə komandasını dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Fut Merkato" nəşri məlumat yayıb.

Məlumata görə, "Mançester Siti" 18 yaşlı seneqallı futbolçunu transfer üçün nəzərdən keçirdiyi əsas namizədlər siyahısına daxil edib.

Mbaye Avropada öz nəslinin ən perspektivli futbolçularından biri hesab olunur. Onun dünya çempionatındakı çıxışı, xüsusilə Fransa millisinin qapısına vurduğu qol futbolçuya marağı daha da artırıb.

Bundan əvvəl futbolçu ilə "Tottenhem" və "Aston Villa"nın da maraqlandığı bildirilirdi. Həmçinin "Leyptsiq" və Dortmund "Borussiya"sı da vəziyyətin inkişafını yaxından izləyir.

Mənbənin məlumatına əsasən, PSJ yeni klub axtarışında maraqlı olan futbolçu ilə bağlı daxil olacaq təklifləri dəyərləndirməyə hazırdır.

Mbaye ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 42 oyunda meydana çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer